Dünya

Putindən gözlənilməz addım: Öz avtomobilinin sükanı arxasına keçərək…

Putindən gözlənilməz addım: Öz avtomobilinin sükanı arxasına keçərək…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ilhaq edilmiş Krım yarımadasında Tavrida meqa-magistral yolunun açılışını edib.

7times.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Dövlət başçısı yeni açılmış avtomobil yolunda avtomobilinin sükanı arxasında özü oturub.

Tavrida yarımadanın açar yoludur, Kerçdəki Krım körpüsündən Sevastopola uzanacaq.

Yolun tam istifadəyə verilməsi 2023-cü ilə planlaşdırılır. Hazırda 250 kilometr uzunluğunda yeddi hissə inşa edilib. Onların dəyəri təxminən 150 milyard rubldur. Kerçdən Simferopola qədər olan hissənin iki zolağında trafik 2018-ci ildə yenidən açılıb. 2020-ci ildə daha iki zolaq istifadəyə verilib.

Növbəti Sevastopol hissəsinin birinci mərhələsinin inşası 9 milyard rubl qiymətləndirilir. İş 2021-ci ilin sonuna kimi tamamlanacaq. teleqraf.com