Rusiya Prezidenti Vladimir Putin qondarma “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) müstəqilliklərini tanıyıb.
AZSABAH.COM xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
Eyni zamanda Rusiya prezidenti Vladimir Putin hüquqi informasiya portalında dərc olunan fərmanlara əsasən ökənin silahlı qüvvələrinə qondarma DXR və LXR-də sülhün qorunmasını təmin etməyi tapşırıb.
“Luqansk Xalq Respublikası rəhbərinin Rusiya Federasiyasının Müdafiə Nazirliyinə müraciəti ilə əlaqədar olaraq, bu fərmanın 3-cü bəndində göstərilən saziş bağlanana qədər Rusiya Federasiyası Silahlı Qüvvələri Luqansk Xalq Respublikasının ərazisində sülhün qorunmasını təmin etsin”, – LXR haqqında fərmanın 4-cü bəndində deyilir.
Qeyd edək ki, DXR haqqında fərmanda da oxşar bənd var.
Bundan əlavə, Prezident Rusiya Xarici İşlər Nazirliyinə qondarma DXR və LXR ilə diplomatik münasibətlərin qurulması, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında danışıqlar aparmağı tapşırıb. LXR və DXR-in suveren və müstəqil dövlətlər kimi tanıyan fərmanlar çərşənbə axşamı gecə dərc edilib.
Follow @7timesaz