Dünya

“Putindən soruşmaq lazımdır ki, bu ərazilərin sənə nə dəxli var?” – Ukrayna əsilli Azərbaycan idmançısı 

“Putindən soruşmaq lazımdır ki, bu ərazilərin sənə nə dəxli var?” – Ukrayna əsilli Azərbaycan idmançısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq bir-neçə gündür Rusiya-Ukrayna münasibətləri daha da gərgin hal almağa başlayıb. Siyasi analitiklər, ekspertlər müharibənin qaçınılmaz olduğunu söyləyirlər.

Ukrayna əsilli azərbaycanlı cüdoçu İrina Kindzerska Ukraynadakı vəziyyətlə bağlı Yenisabah.az-a açıqlama verib. O, xeyli müddətdir Ukraynada qaldığını və oradakı durumun hazırda stabil olduğunu bildirib:

“Mən xeyli müddətdir Ukraynadayam. Lakin hələki ölkədə vəziyyət sabitdir, xüsusi bir təlaş yoxdur.

Lakin Donetsk  və Luqansk “Xalq respublikaları”nın tanınması haqqında fərman imzalayan Putindən soruşmaq lazımdır ki, ümumiyyətlə bu ərazilərin sənə nə dəxli var? Baş verən hadisələr Ukraynada hiddətlə qarşılanır. Putin deyir ki, Ukrayna ərazisində rus qoşunları yoxdur, bununla belə Donbassın mülki əhalisi Rusiyaya köçürülür. Putin müharibə olmayacağını desə də, bunun əlamətləri görünmür. O, diktatordur. Ukrayna xalqı heç vaxt onun rəhbərlik etdiyi Rusiyaya biət etməyəcək”.

Məşhur idmançı Ukrayna xalqının sülhə ümid etdiyini söyləyib: “İki il bundan öncəyə qədər biz düşünməzdik ki, Ukrayna və Rus xalqları üz-üzə gələcək. Biz bir-birimizi əbədi qardaş hesab edirdik. Qardaş saydıqlarımız birdən-birə bizə qarşı gəldilər. Həm də çox həyasız formada. Ukrayna xalqı hələ də ümid edir ki, münaqişə sülh yolu ilə həll olacaq.

Lakin sülh olmasa, Ukrayna xalqı sona qədər müqavimət göstərəcək. Biz öz torpağımız uğrunda mübarizə aparırıq. Ukraynada olan rusdillilərin varlığına istinad edən Rusiyanın onlar üçün ürəyi ağrıyırsa, qoy onları öz ərazisinə köçürsün. Orada nə istəsələr edə bilərlər. Onsuz da Putini heç nə ilə razı salmaq olmur. Gah kiminsə siyasətindən, gah jurnalistlərdən şikayət edir…

Putin adekvat adam deyil. Ümid edirəm ki, Rusiyaya qarşı sanksiyalar bu dəfə daha sərt olacaq. Müharibə olarsa, Ukrayna xalqı sınmayacaq, döyüşəcək”.