Rusiya Prezidenti Vladimir Putin Dövlət Duması tərəfindən təsdiqlənən Baş nazir köməkçisini və 5 federal nazir təyin edib.
7times.az TASS-a istinadən xəbər verir ki, sözgüedən fərman Kremlin saytında dərc olunub. Daha əvvəl Enerji naziri olmuş Aleksandr Novak Baş nazirin müavini postuna gətirilib. Onun yerinə isə Nikolay Şulqinov təyin edilib. Keçmiş Uzaq Şərq və Arktikanın inkişafı naziri Aleksandr Kozlov Təbii sərvətlər naziri olub. Onu əvvəlki postda Aleksey Çekunkov əvəz edib.
Tikinti Nazirliyinə İrek Fayzullin, Nəqliyyat Nazirliyinə Vitali Savelyev rəhbər təyin olunublar.
Follow @7timesaz