Qazaxıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfəri baş tutacağı təqdirdə onu həbs etməyəcək.
7Times.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayevin sözlərinə görə, rəsmi Astana Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu imzalamayıb və məhkəmənin son qərarlarına baxmayaraq, bu sənəd respublikaya şamil edilmir.
Qeyd edək ki, bundan əvvəl Macarıstan Putinin ölkəyə gələcəyi halda onu həbs etməyəcəyini, Almaniya isə həbs edəcəyini elan etmişdi. Ermənistan Konstitusiya Məhkəməsi isə martın sonunda BCM qarşısında öhdəliklərini tanıyı, bu da Putini öz ərazisində həbs etməyə imkan verir. Amma Ermənistan parlamentindən bildirilib ki, hakim partiya və komandanın Putini beynəlxalq məhkəməyə təhvil vermək niyyəti yoxdur.
Follow @7timesaz