Rostov yaxınlığındakı Bataysk şəhər sakinləri bazar ertəsi səhər güclü partlayış səslərinə oyanıblar.
“AzPolitika.info” xəbər verir ki, yerli «teleqram» kanallarında yayılan videolarda bir neçə partlayışdan sonra avtomobil siqnallarının necə işə düşdüyü eşidilir. Regional hökumətin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, bəzi evlərin şüşlələri sınıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Müharibə təbliğatçılarından olan bloger Yuri Kotenok Rostov-Don üzərində hava hücumundan müdafiə sisteminin işlədiyini, Ukraynaya məxsus 3 raketin vurulduğunu iddia edib.
Rusiya Müdafiə Nazirliyi Rostovdakı partlayışlarla bağlı rəsmi açıqlama verməyib.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev isə iddia edib ki, şüşələrin sınmasına səbəb partlayış deyil, təyyarənin səsdən yüksək sürətlə keçməsi olub. Qubernatorun sözlərinə görə, bu barədə ona hərbçilər məlumat verib.
Bir gün əvvəl Qolubev iki pilotsuz təyyarənin Kamenski rayonundakı hərbi hissəyə hücumunu təsdiqləyib. Qubernator bildirib ki, bütün pilotsuz təyyarələr vurulub, tələfat və dağıntı yoxdur.
Xatırladaq ki, hadisədən bir gün əvvəl Rusiya Prezidenti Vladimir Cənub Hərbi Dairəsinin Rostovda yerləşən qərargahına baş çəkib.
Follow @7timesaz