Dünya

“Putinin dostları” onlardır – Sırada Ermənistan da var

“Putinin dostları” onlardır – Sırada Ermənistan da varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın “Economist” jurnalı Rusiyaya siyasi cəhətdən yaxın hesab edilən ölkələrin siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, nəşr “Putinin dostları indeksi” adlandırdığı reytinqi geniş spektrli hərbi, iqtisadi və diplomatik tədbirlərə dair topladığı məlumatlara əsasən hazırlayıb.

 

Reytinqə əsasən, Rusiyaya ən yaxın hesab edilən ölkə Belarusdur. Nəşr yazır ki, Ukraynadakı müharibədə Belarus qoşun göndərməsə də, bazalarından istifadə etməyə icazə verib.

 

Siyahıda ikinci yeri Ermənistan tutur. Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür.

 

Ukrayndakı müharibədə Rusiyaya hərbi dəstək verən İran isə Moskvaya ən yaxın 4-cü ölkə hesab edilir.