Dünya

PUTİNİN G20 SAMMİTİNƏ NİYƏ QATILMAQ İSTƏMƏDİYİ AÇIQLANDI – “Onu şillələyərək, alçaltmağı planlaşdırırlar…”

PUTİNİN G20 SAMMİTİNƏ NİYƏ QATILMAQ İSTƏMƏDİYİ AÇIQLANDI – “Onu şillələyərək, alçaltmağı planlaşdırırlar…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin çox güman ki, Balidə keçiriləcək G20 sammitində iştirak etməyəcək. Çünki xarici kəşfiyyat mənbələrinə əsasən, xarici liderlərdən biri Putini şillələyərək, alçaltmağı planlaşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu iddia ilə “General SVR” “telegram” kanalı çıxış edib.

Kanal Kremldəki mənbələrinə istinadla xəbər verir ki, Putin bu riski gözə almağa hazır deyil.

Xarici liderin Rusiya prezidentini sillələməyə hazırlaşdığı iddialarından əlavə olaraq, “General SVR” kanalı Putinin G20 sammitinə qatılacağı təqdirdə sui-qəsd riski ilə üzləşə biləcəyini qeyd edib.

“Financial Times” qəzeti isə Cakarta liderinə istinadla yazıb ki, Putinlə danışıqdan sonra onda Rusiya liderinin G20 zirvəsində iştirak etməyəcəyi ilə bağlı güclü təəssürat yaranıb.

Onun sözçüsü çərşənbə axşamı “Suspilne” ictimai yayımına bildirib ki, İndoneziya sammitə virtual olaraq qatılacaq Ukrayna prezidenti Vladimir Zelenskini də dəvət edib.

Zelenski isə daha öncə Putinin konfransa qatılacağı təqdirdə bu zirvədə iştirak etməyəcəyini bildirmişdi.

Xatırladaq ki, İndoneziyanın Bali əyalətində bir araya gələcək G20 liderlərinin sammiti noyabrın 15-i və 16-da keçiriləcək.