Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Rusiya generalları ilə rejissorlu görüş keçirib – Ukraynaya qarşı müharibədə uğursuzluqlara görə personal məsuliyyətdən yayınmaq məqsədilə.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarına istinadla xəbər verildiyi kimi, Putin necə deyərlər, «xüsusi hərbi əməliyyatı»ın birləşmiş qərargahına baş çəkib və yüksək məqamlı hərbi zabitlərlə, o cümlədən, Baş Qərargah rəisi Valeri Gerasimovla və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb («UNİAN»).
«O, xüsusi hərbi əməliyyat üzrə növbəti addım istiqamətindəki təklifləri soruşub. Rusiyanın Ukraynadakı ordu qruplaşmasının komandanı general Sergey Surovikin cavab təqdim edənlərdən biri olub. Bu rejissorlu görüşdə Putin, ehtimal ki, “xüsusi hərbi əməliyyat”da kollektiv məsuliyyəti nümayiş etdirmək məqsədi güdüb» – xəbərdə deyilir.
«Bu «tamaşa», ehtimal ki, Putinin üzərindən hərbi uğursuzluqların, yüksək ölüm göstəricilərinin və səfərbərliyin doğurduğu ictimai narazılığa görə məsuliyyətin götürülməsi məqsədlərinə xidmət edir» – xəbərdə qeyd olunur.
Bundan başqa, kəşfiyyatda qeyd ediblər ki, görüşün televiziya ilə çəkilişi güman ki, sosial şəbəkələrdəki bu şayiələri dağıtmağa xidmət edir ki, guya Gerasimov öz vəzifəsindən kənarlaşdırılıb.
Follow @7timesaz