Rusiya qondarma Donetsk və Luqansk respublikalarını rəsmən tanıdığını bəyan etdikdən sonra prezident Vladimir Putinin 6 il əvvəl çəkilmiş görüntüləri yenidən gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Putin azyaşlıdan Rusiyanın sərhədlərinin harada bitdiyini soruşub. Azyaşlı isə “Rusiyanın sərhədi Berinq boğazına və ABŞ-a qədər uzanır” deyə cavab verib. Ardınca Putin işarə ilə oğlana və zaldakı qonaqlara tərəf dönüb və “Rusiyanın sərhədi yoxdur” deyib.