Dünya

Putinin “mənəvi atasını” öldürmək istəyiblər – FSB məlumat yayıb

Putinin “mənəvi atasını” öldürmək istəyiblər – FSB məlumat yayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti(“FSB”) Ukrayna kəşfiyyatını Simferopol və Krımın mitropoliti Tixona (Şevkunov) qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

7Times.az xəbər verir ki, Rusiya dövlət mediası və “teleqram” kanalları tərəfindən yayılan FSB-nin bəyanatında Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən “verbovka” edilən bir ukraynalının və bir rusun Moskvada saxlanıldığı qeyd edilir.

FSB-nin məlumatına görə, bu şəxslər 2024-cü ilin dekabrında partlayıcı qurğu alıblar. İddialara görə, onlar partlayıcını Moskvadakı Sretenski monastırında gizlətməyi, Tixon paytaxta gələndə onu partlatmağı, sonra isə saxta pasportlardan istifadə edərək Rusiyanı tərk etməyi planlaşdırıblar.

Rusiya təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, saxlanılanlar günahlarını etiraf ediblər. Onlar terror aktı hazırlamaqda və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Saxlanılanların adları Denis Popoviç və Nikita İvankoviçdir. Hər ikisi dini fəaliyyətlə məşğul olub. Birincisi, Tixonun dəftərxanasında çalışıb və Pskov-Peçora İlahiyyat Seminariyasında dərs deyib, ikincisi isə Rus Pravoslav Kilsəsinin doktoranturasını bitirib.

Ukrayna tərəfi FSB-nin ittihamlarına hələlik münasibət bildirməyib.

Tixona(Şevkunov) gəlincə, onun layihələri 2015-ci ildən bəri dövlət şirkətlərindən təxminən 20 milyard rubl əldə edib. Bu, birbaşa dövlətdən və dövlət şirkətlərindən alınan pullardır. Xüsusilə, onun tərəfindən yaradılan və 2015-ci ildən bəri inkişaf etdirilən “Rusiya – Mənim tarixim” layihəsi ona 10 milyard rubla yaxın gəlir gətirib.

Tixon (Şevkunov) Rus Pravoslav Kilsəsinin ən məşhur nümayəndələrindən biridir. O, eyni zamanda teleaparıcı və yazıçı kimi də fəaliyyət göstərir. Media onu “Putinin mənəvi atası” adlandırır. O, mütəmadi olaraq Putinin iştirak etdiyi müxtəlif tədbirlərdə çıxış edir və Rusiya Prezidentinin tarix və siyasətlə bağlı fikirləri onun fikirlərilə tam üst-üstə düşür.

Tixon 2023-cü ildə ilhaq edilmiş Krımın mitropoliti, yəni, dini rəhbəridir. Bundan əvvəl o, Pskov mitropoliti, daha öncə isə Moskvadakı Sretenski monastırının keşişi olub.

“AzPolitika.info”