Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanın Rusiya lideri Putinə məktubuna cavabı şərh edib.
Axar.az xəbər verir ki, bu barədə “iLur.am” məlumat yayıb.
Ter-Petrosyan deyib: “Nikol (Baş naziri adı ilə adlandırır – red.) Vladimir Putinə xahişlə məktub göndərib. Putin ona XİN vasitəsilə cavab verib. Siz başa düşmürsünüzmü ki, o, nə deyib? Əgər siz hətta bunu da başa düşmürsünüzsə, onda vay halınıza.
O, tam səmimiyyət və nəzakətlə yalnız bunları söylədi:
Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram. Ancaq nəhayət anlayın, mən sizin əvəzinizə Qarabağ problemini həll edən deyiləm”.
Follow @7timesaz