Dünya

Putinin nüvə açıqlamaları Kiyevi hərəkətə keçirdi: Əhaliyə həblər paylanılır..

Putinin nüvə açıqlamaları Kiyevi hərəkətə keçirdi: Əhaliyə həblər paylanılır..backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin nüvə açıqlamalarından sonra maraqlı addım atılıb.

7Times.az  bildirir ki, paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yodid həbləri paylanmağa başlanılıb.

Məlumata görə, kalium yod həbləri nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək edir. Kiyev şəhər şurasının bəyanatında qeyd olunub ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq.Xatırladaq ki, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyətləri Putinin dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb. Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həbi göndərdiyini açıqlayıb.Sfera.az