Dünya

“Putinin podxalimi…”  Consonun Makrondan zəhləsi gedirmiş

“Putinin podxalimi…” – Consonun Makrondan zəhləsi gedirmişbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Ukrayna müharibəsinin ilk vaxtlarında Moskvaya, Vladimir Putinin qəbuluna gedən Fransa Prezidenti Emmanuel Makronun bu hərəkətini “ürəkbulandırıcı” hesab edib, onun özünü isə “Putinin podxalimi” adlandırıb.

“AzPolitika.info” xəbər verir ki, bunu “The Guardian” nəşri Böyük Britaniya hökumətinin sabiq müşaviri Quto Xarriyə istinadla yazıb.

Xarri Consonun dönəmində hökumətin Kommunikasiya şöbəsinə rəhbərlik edib.

O, bu vəzifədə keçirdiyi günlər barədə danışarkən deyib ki, Conson Makronun Ukrayna müharibəsilə bağlı siyasətini qəbul etməyib, hətta onun hərəkətlərindən zəhləsi gedib: “Eyni zamanda, məncə Boris Ukraynaya hərbi yardıma qaçdığı üçün Makron gərginlik keçirirdi”.

Xarri deyib ki, öz köməkçilərilə görüşlərin birində Conson Makronun ünvanına təhqiredici ifadələr işlədib: “O, dörd hərifdən ibarət söyüş işlətdi və dedi ki, Makron Putinin podxalimidir və onun məsələsini həll etmək lazımdır”.

Xarri əlavə edib ki, Consonla Makronun münasibətlərindəki gərginlik çox sürməyib və onlar sonradan barışıblar, hətta “Böyük yeddiliyin” sammitində birgə viski içməyə gediblər.