Dünya

Putinin təsdiqlədiyi yeni konsepsiyanın məqsədi nədir? – “Kremlin planlarını zorla qəbul etdirmək…”

Putinin təsdiqlədiyi yeni konsepsiyanın məqsədi nədir? – “Kremlin planlarını zorla qəbul etdirmək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin humanitar siyasət konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən xarici ölkələrdə Rusiyanın mədəniyyəti, tarixi və dilinin təbliği dövlət siyasətinin tərkib hissəsinə çevriləcək. Bu fəaliyyət Kremlin birbaşa nəzarətində olacaq. Kremldən açıqlayıblar ki, konsepsiya indiki sərt sanksiyalar fonunda Qərb ölkələrində həyata keçirilməyəcək. Konsepsiyanın əsas məqsədi kimi “Rusiyanın xaricdə obyektiv qavrayışını formalaşdırmaq” göstərilib.

Sfera.az-ın məlumatına görə,bununla bağlı danışan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Putinin təsdiq etdiyi konsepsiyada ayrı bənd kimi xarici ölkələrdə rus dilinin mövqelərinin möhkəmləndirilməsi vacibliyi də əks olunub:

 

“Azərbaycan kimi ölkələrdə buna ehtiyac yoxdur. Rus dilinin məmləkətimizdə mövqeləri o qədər möhkəmdir ki, bir sıra ailələrdə ana dilini əvəz edib. Konsepsiyaya əsasən xarici ölkələrdə rus dilində olimpiadaların keçirilməsi, rus ədəbiyyatının və tarixinin öyrənilməsinin gücləndirlməsi yer alıb. Bu o deməkdir ki, Rusiyanın müxtəlif ölkələrdəki səfirlikləri yeni konsepiyanın yerinə yetirilməsi üçün çalışmalarını gücləndirəcəklər.

 

Konsepsiyada İkinci Dünya Müharibəsinə aid belə bir bənd var: “Rusiya xarici ölkələrdə İkinci Dünya və Böyük Vətən müharibəsinin qələbə qazanmasında sovet xalqının rolunu azaltmağa çalışma səylərinin qarşısını almalıdır”.

Bu bənd Rusiyanın başqa dövlətlərin daxili işlərinə birbaşa qarışmasıdır. Mən Stalini Hitlerlə bir tuturam, hər ikisi xalqları əzən diktator olub, İkinci Dünya müharibəsi zamanı Varşavada alman faşistlərinə qarşı qiyam qalxdı, polşalılar kömək gözlədilər, ancaq çayın o biri sahilində qətliamı izləyən SSRİ qoşunları gözləmə mövqeyində dayandılar. Belə çıxır ki, Rusiyanın humanitar siyasət konsepsiyasına görə öz ölkəmdə mənim kimi düşünənləri hədəf alacaqlar”.

 

Politoloq bildirib ki, sözügedən konsepsiyada separatçıları da unutmayıblar:

 

““Rusiya Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə yanaşı, Abxaziya, Cənubi Osetiya, Donetsk və Luqansk Respublikaları ilə də ikitərəfli əlaqələrin genişləndirməlidir”, deyə konsepsiyada qeyd olunub. Göründüyü kimi, bu, Rusiyanı dünyada tanıtmaq üçün xoşniyyətli konsepsiya deyil. Əsas məqsədi Kremlin planlarını və düşüncə tərzini konsepsiya yolu ilə müxtəlif dövlətlərə zorla qəbul etdirməkdir”.