Dünya

“Putinlə gizli danışıqlar aparan iki lider var” – Vuçiçdən şok iddia

“Putinlə gizli danışıqlar aparan iki lider var” – Vuçiçdən şok iddiabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putinlə gizli danışıqlar aparan ən azı iki əhəmiyyətli dünya lideri var”.

7Times.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç bloger və siyasi şərhçi Mario Novfalın “YouTube” kanalında yayımlanan proqramında çıxış edərkən deyib.

Serbiya lideri gizli danışıqların təfərrüatları ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmədiyini bildirib.

O, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Putinlə görüşməsə də, onun bu görüşləri barədə məlumatlı olduğunu qeyd edib. Belə ki, dediyinə görə, “həm Kremldə, həm də başqa ölkələrdə” dostları var: “Mən onu 3 il yarımdan sonra mayın 9-da ilk dəfə görəcəyəm. Bu onu göstərir ki, biz çox səmimi, dürüst və vədlərimizə sadiqik. Biz dediklərimizi edirik, başqalarında həmişə belə olmur”.

Ardınca aparıcı Novfal onların Macarıstan Baş naziri Viktor Orban və Slovakiya Baş naziri Robert Fitso ola biləcəyini iddia edib. O, bu iddiasını iki liderin 2024-cü ildə Moskvaya səfəri ilə əsaslandırıb. Aparıcı xatırladıb ki, Orban həmin ilin iyulunda, Fitso isə dekabrda Moskvaya səfər edib.

Vuçiç bu adların onun nəzərdə tutduğu liderlər olmadığını açıq-aşkar təkzib edib.

“Bu, Orban və ya Fitso deyil… Bir çox başqa adlar da var. Biz bu məsələdə tərəf tutmuruq. Haqqında danışdığım liderlər müxtəlif ölkələrdəndir”, – deyə Vuçiç ətraflı məlumat verməkdən çəkinib.

“AzPolitika.info”