Dünya

Qadın baş redaktor evində qətlə yetirildi – FOTO

Qadın baş redaktor evində qətlə yetirildi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ryazan.Life regional xəbər portalının baş redaktoru Janna Şeplyakovanın yaşadığı mənzildə meyiti tapılıb.

7times.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Baş redaktorun bıçaqlanaraq qətlə yetirildiyi müəyyən edilib. Polislərin Jannanın əri tərəfindən öldürülməsi şübhəsi özünü doğruldub. Mərhumun həyat yoldaşı polisə təslim olub.

Məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Əri uşaqları götürmək üçün evə gəlib, lakin arvadı buna icazə verməyib. İki oğul anası Şeplyakova boşanmaq istədiyini gizlətməyib. Bu, ərini daha da qəzəbləndirib. Aralarında yaranan mübahisə davaya çevrilib. Ərinin onu öldürmək fikrinin ciddi olduğunu görəndə telefonla kömək istəyib…

Qadın baş redaktor evində qətlə yetirildi - Foto

yenisabah.az