Qadın çimərkən kanalizasiyadan ilan çıxdı

Qadın çimərkən kanalizasiyadan ilan çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əri isə polisi və xilasediciləri narahat etmək istəmədi

Lent.az-ın xəbərinə görə hadisə Fransanın Sart departamentində baş verib.

İşdən qayıdan qadın duş qəbul etmək üçün hamama girib. O, yuyunarkən ayağına nə isə dəydiyini hiss edib. Hamamda ilanı görən qadının səsinə əri gəlib.

Qadını kənara çəkən kişi internetdə axtarış edərək bunun zəhərsiz təlxə ilanı olduğunu bilib. O, polis və xilasediciləri narahat etməmək üçün özü ilanı tutaraq evdən kənarlaşdırıb. Evə çağırdığı usta isə kanalizasiya düzgün quraşdırılmadığı üçün belə bir hadisə baş verdiyini bildirib.