Ölkə

Qadın evinə gətirdiyi yeniyetmə qızla ərini yataqda tutdu – Bakıda inanılmaz hadisə

Qadın evinə gətirdiyi yeniyetmə qızla ərini yataqda tutdu – Bakıda inanılmaz hadisəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda 1989-cu il təvəllüdlü Emin evində olan yetkinlik yaşına çatmayan Tamara (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

7Times.az  Teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Hövsan qəsəbəsində baş verib. Emin Tamara ilə iki dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin özünü təqsirli bilib. O bildirib ki, faktiki nikah münasibətlərində olduğu Mahirə, azyaşlı qızı Mətanət və atası Bahəddinlə birlikdə yaşayır: “Yaşadığım evdə olarkən Mahirə evə bazarlıq etmək üçün mağazaya getdi və evə yanında bir qızla qayıtdı. Həmin onun kim olduğunu soruşdum. Mahirə qızın adının Tamara olduğunu, Bahar adlı qadının işlədiyi gözəllik salonunda şagird kimi çalışdığını dedi.

Mahirə Tamaranın anasına zəng etdi, qızının bizdə olduğunu söylədi. Tamaranın özü də anası ilə telefonda danışdı”.

“Arvadımı sevmədiyimi dedim”

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra onlar söhbət ediblər: “Söhbət zamanı Tamaradan neçə yaşının olduğunu soruşdum, “xanımların yaşını soruşmazlar” – deyə cavab verdi. Ondan xoşum gəldiyini, ilk baxışdan onu sevdiyimi, Mahirəni isə sevmədiyimi, sadəcə uşağıma görə onunla yaşadığımı bildirdim. Tamara da məndən xoşu gəldiyini dedi.

Həmin gün Tamara ilə bir neçə dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduq. Tamara ilə cinsi əlaqədə olduğumu Mahirə də gördü. Mahirə mənə Tamaranın hələ uşaq olduğunu desə də, ona Tamara ilə bir-birimizi sevdiyimizi söylədim. Sonradan atam Tamaranın bizim evimizdə qalmasına etiraz etdi, bunun ona aidiyyətinin olmadığını bildirdim”.

“Cinsi əlaqədə olduğumu bildirdim”

Təqsirləndirilən şəxs bildirib ki, ertəsi gün işə gedib: “Evə qayıtdıqda Tamaranı görmədim. Mahirədən soruşdum, Tamaranın aptekə getdiyini bildirdi. Onun arxasınca getsəm də, tapa bilmədim. Buna görə Tamaranın anasının işlədiyi kafeyə getdim. Kafedə pivə içəndə Tamaranın səsini eşitdim. Onun olduğu otağa keçdim.

Otaqda Tamaranın anası və adını sonradan bildiyim İlqar adlı şəxslə danışdığını gördüm. İlqar (kafenin müdiri – red.) məndən Tamaranın evimdə saxlamağımın səbəbini soruşdu. Tamaranı sevdiyimi, buna görə də onunla cinsi əlaqədə olduğumu bildirdim. Həmçinin Tamaranın məndən əvvəl başqa şəxslərlə cinsi əlaqədə olduğunu və buna görə də bakirəliyini itirdiyini bildirdim.

İlqar polis əməkdaşlarını çağırdı. Polislər məni 30-cu şöbəyə apardılar. Orada baş verənlərlə bağlı izahat ayzdım”.

Təqsirləndirilən şəxs bildirib ki, Tamara ilə cinsi əlaqədə olarkən onun 16 yaşına çatmadığını bilməyib.

“Ərini qısqanmadığını dedi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Tamaranın sözlərinə görə, Hövsan qəsəbəsi ərazisində yerləşən “Aytac” gözəllik salonunda işləməyə başlayıb: “Bir müddət sonra həmin salona müştəri kimi gələn Mahirə ilə tanış oldum. Hadisə günü Hövsan qəsəbəsi ərazisində ərzaq dükanında rastlaşdıq. Mahirə məni evinə dəvət etdi. Birlikdə onunun evinə getdik. Mahirənin əri Emin də evdə idi.

Oradan Mahirənin telefonu ilə anama zəng edib tanıdığım müştərinin evində olduğumu, üz-qaş aldığımı dedim. Həmin gecəni onlarda qalmağı qərarlaşdırdım.

Emin məndən xoşu gəldiyini, məni sevdiyini bildirdi. Bu barədə Mahirəyə dedim. Mahirə ərini qısqanmadığını söylədi”.

Tamaranın ifadəsinə görə, Eminlə 2-3 dəfə təbii, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olublar: “Eminlə öz razılığımla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Mənə hər hansı zor tətbiq edilməyib. Emin mənimlə cinsi əlaqə olmamışdan əvvəl 15 yaşımın olduğunu bilib”.

“Kafedə işləyirəm”

Cinayət işi üzrə şahid qismində zərərçəkmiş Tamaranın anası Nüşabə ifadə verib. O bildirib ki, Elmarla 2001-ci ildə ailə qurub: “Həmin nikahdan bizim 5 uşağımız, o cümlədən böyük uşağımız Tamara anadan olub. Tamara internat məktəbində oxuyib, sənədləri olmadığından onu şəhər məktəblərinə qoya bilməmişəm.

Tamara hazırda məktəbə getmir, “Aytac” gözəlik salonunda şagird kimi işə düzəlib. Özüm isə Hövsan qəsəbəsində kafedə bir gündən bir, saat 10 radələrindən axşam saat 22 radələrinə kimi süfrəçi işləyirəm. Tamara da hər gün saat 10 radələrində “Aytac” gözəllik salununa gedir, axşam 18 radələrində evə qayıdır”.

“Atasının evində qaldığını ehtimal etdim”

Nüşabənin sözlərinə görə, məlum hadisə baş verən günü səhər saatlarında evdən qızı Tamara ilə birlikdə çıxıb: “Saat 18 radələrində işdə olduğum zaman bir qadın zəng etdi, Tamaranın işlədiyi salonun müştərisi olduğunu, üz-qaşını almaq üçün evinə apardığını bildirdi. Tamaranın özü ilə də danışdım.

Gecə Tamaranın evə qayıtmadığını gördüm, həmin nömrəyə zəng etdim. Lakin telefona zəng çatmadı. Ertəsi gün, günorta saatlarında bazara, oradan isə “Aytac” gözəllik salonuna getdim. Tamara orada idi. Ondan gecəni evə gəlməməyinin səbəbini soruşdum.

Tamara gecəni həmin müştəri qadının evində qaldığını, telefonun enerjisi olmadığından söndüyünü bildirdi. Lakin ev sahibinin kim olduğunu demədi.

Tamaraya 20 qəpik verərək axşam evə gəlməyi tapşırdım. Sonra oradan getdim. Tamara həmin axşam da evə gəlmədi. Zəng etdim, ona zəng çatmadığı üçün atasının evində qaldığını ehtimal etdim”.

“Bildirdi ki, qızımın bakirəliyini başqası pozub”

Şahid bildirib ki, növbəti gün işə gedib: “İşdə gözəllik salonundan mənə zəng edərək Tamaranın işə gəlmədiyini bildirdilər. Bundan narahat oldum və 30-cu polis bölməsinə ərizə ilə müraciət etdim. Qızımın harada olduğunu bilmədiyimi qeyd etdim. Eyni zamanda özüm də qızımı axtarmağa başladım. Muncuq almağı xoşladığından onun adətən muncuq aldığı yerə getdim. Qızımın ora gəlib-gəlmədiyini soruşdum.

Qızımın bir qədər əvvəl orada olduğunu bildirdilər. Bu barədə işlədiyim kafenin müdirinə məlumat verdim. Sonra evə getdim. Evdə olan zaman İlqar zəng etdi, bildirdi ki, Tamaranı taparaq kafeyə gətirib. Dərhal kafeyə qayıtdım. Ondan harada olduğumu soruşdum. Tamara rəfıqəsinin evində qaldığını dedi.

Həmin vaxt kafedə olan, adını sonradan bildiyim Emin adlı şəxs Tamaradan əl çəkməyimizi tələb etdi və Tamaranın onun arvadı olduğunu dedi. Buna görə də İlqardan hüquq-mühafizə orqanlarına məlumat verməsini xahiş etdim. Emin həmçinin bildirdi ki, Tamaranın bakirəliyi bir nəfər “Talış” ləqəbli şəxs tərəfindən pozulub”.

Nüşabənin ifadəsində göstərib ki, qızı Tamaranın bakirləiyini pozmuş şəxsi tanımır və onun bundan ümumiyyətlə hər hansı bir məlumatı olmayıb.

“Qızını binanın tinində gözləyəcəyini bildirdi”

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin arvadı Mahirənin sözlərinə görə, 2014-cü ildən Eminlə bir evdə yaşayır, birgə münasibətlərindən 4 yaşında Mətanət adlı qızı var: “Emin qazanxanalarda çilingər, mən isə mənzil istismar sahəsində xadimə işləyirəm. Eminin atası Bahəddin də bizimlə birlikdə yaşayır, təqaüdçüdür. Yaşadığımız ev Eminin əmisinə məxsusdur.

Hadisə baş verən gün Emin evdə özünə yemək bişirdi. Mən isə marketə düşdüm. Qapı qonşumuz da məndən bəzi əşyaları almağımı xahiş etdi. Marketdən qayıdıb qalıq pulu qonşuya qaytaranda o, 20 qəpik pulun əskik olduğunu dedi. Təkrar marketə getdim.

Marketdən dönərkən arxadan kiminsə məni adımla çağırdığını eşitdim. Baxdıqda tanımadığım qızı gördüm və ondan kim olduğunu soruşdum. Qız Şəlalə ustanın yanında işlədiyini, adının Tamara olduğunu dedi. Bundan sonra onu tanıdım. Birlikdə binamızın qarşısına kimi gəldik. Tamaraya evə qalxıb, çörək yeyib, çay içməyi təklif etdim, razılaşdı.

Evdə Emin qızın kim olduğunu soruşdu. Ona Tamaranın salonunda işlədiyini dedim.

Tamara anasına zəng etdi, bizdə olması barədə məlumat verdi, mən də Tamaranın anası ilə danışdım. Şəlalə ustanın müştərisi olduğumu, Hövsan marketin arxasındakı binada yaşadığımı dedim. Tamaranın anası isə işdən sonra binanın tininə gələcəyini, qızını orada gözləyəcəyini bildirdi”.

“Ərimlə cinsi əlaqədə olduğunu gördüm”

Mahirə qeyd edib ki, həmin vaxt anası Tamaraya işlədiyi kafeyə gəlməyi tapşırıb: “Lakin Tamara orada onun üçün darıxdırıcı olduğunu bildirdi, kafeyə getməkdən imtina etdi. Sonradan telefonu xarab olduğuna görə zəng gedib-gəlmədi.

Tamara həmin gün bizdə qaldı. O, mənimlə bir otaqda, Emin isə atası Bahəddinin otağında yatdı. Bahəddin evdə yox idi. Təxminən səhər saat 6 radələrində yuxudan oyandım. Tamaranın yanımda görmədim. Eminin yatdığı otağa keçdim. Onların cinsi əlaqədə olduqlarını gördüm.

Eminə Tamaranın hələ uşaq olduğunu, niyə belə bir iş gördüklərini dedim, habelə Tamaradan yaşını soruşdum.

Tamara 15 yaşının olduğunu dedi. Emin isə Tamaranın bakirəliyinin artıq “Talış” ləqəbli bir oğlan tərəfindən pozulduğunu, Tamaranın qız uşağı olmadığını bildirdi. Bu əməlinə görə tutulacağını Eminə desəm də, o, sözlərimə əhəmiyyət vermədi”.

“Bu gündən Eminin arvadıyam”

Mahirə qeyd edib ki, Tamara və Emin bir-birlərini sevdiklərini deyiblər: “Mən səhər işə, Tamara isə işlədiyi salona getdi. Axşam saat 18 radələrində evə gəldim. Tamara artıq evdə idi. Ona evlərinə məlumat verməsini məsləhət gördüm. Tamara narahatçılıq olmadığını bildirdi.

Bir qədər sonra Emin işdən evə gəldi. Sonra Tamara ilə onun yaşadığı evə getdi. Tamara evlərindən özünə aid paltarları götürüb, yenidən bizə qayıtdı. Bildirdi ki, bu gündən Eminin arvadıdır.

Həmin gün Bahəddin evə gəldiyindən Eminlə Tamara mənim otağımda qaldılar. Gecə orada cinisi əlaqədə oldular. Bahəddin Tamaranın evdə qalmasına etiraz edəndə Emin bu məsələnin ona adiyyəti olmadığını dedi”.

Mahirənin ifadəsinə görə, növbəti gün Emin işə getməzdən əvvəl Tamara ilə cinsi əlaqədə olub:

“Axşam qonşumuz barmağının şişdiyini və ağrıdığını dedi, maz almaq üçün məndən bir manat istədi. Tamara razılığım olmadan döşəyin altından bir manatı götürdü, maz almaq adı ilə getdi. Bir qədər sonra Emin gəldi və Tamaranın harada olduğunu soruşdu. Eminə onun aptekə getdiyini bildirdim.

Emin Tamaranın arxasınca getdi. Sonradan mənə məlum oldu ki, Tamaranı qohumları anasının işlədiyi kafeyə aparıblar, Emin də həmin kafeyə gedib, Tamaranın anasına və qohumlarına onun arvadı olduğunu deyib. Məhz bundan sonra baş verilənlər barədə polisə məlumat verilib”.

Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb.

Emin 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli müəssisədə çəkməsi müəyyən edilib.