İdman

Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi aldı – VİDEO

Qadın paralimpiyaçı qaçış zolağında evlilik təklifi aldı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio-2020 Yay Paralimpiya Oyunlarında maraqlı hadisə baş verib.

7times.az-ın məlumatına görə, 200 metr məsafəyə qaçışda mübarizə aparan görmə məhdudiyyətli qadın para-atlet Keula Nidreyya yarış başa çatdıqdan sonra gözlənilməz sürprizlə qarşılaşıb.

Yarışı sonuncu pillədə başa vuran kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa qaçış zolağında diz çökərək, ona evlilik təklif edib. Nidreyya təklifə müsbət cavab verib.