Papa Fransisk yeni ilin ilk günündəki xütbəsi zamanı yenidən qadınların hüquqlarının qorunması mövzusuna müraciət edib.
Lent.az-ın TASS agentliyinə istinadən məlumatına görə, Roma papası bu mövzuda sərt danışıb:
“Analar həyat verir, qadınlar isə dünyanı saxlayır, gəlin hamımız birlikdə anaların qayğısına qalaq və qadınları qoruyaq. Qadınlara qarşı nə qədər zorakılıq var! Yetər! Qadını incitmək Allahı incitməkdir”.O, eyni çıxışında dəfələrlə qadınlara qarşı məişət zorakılığını sərt şəkildə pisləyərək bunu şeytan problemi adlandırıb.
Follow @7timesaz