Misirin paytaxtı Qahirədə yaşayış binası çöküb, ölənlər var.
7Times.az MENA agentliyinə istinadən xəbər verir ki, Qahirənin mərkəzindən şimalda beş mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 9 nəfər ölüb.
Xilasetmə qrupları dağıntıların altından 4 nəfəri sağ çıxarıb.
Misirin Sosial Həmrəylik Nazirliyi qurbanların ailələrinin hər birinə 1940 dollar kompensasiya veriləcəyini bildirib.
Rəsmilər yaralıların da yardım alacağını bildiriblər.
Follow @7timesaz