Dünya

“Qalaktika mühafizəçiləri 3” proqnozları üstələdi

“Qalaktika mühafizəçiləri 3” proqnozları üstələdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Disney” və “Marvel”in “Qalaktika mühafizəçiləri” filminin 3-cü hissəsi ekranlara çıxdığı iki gün ərzində 86,9 milyon dollar gəlir əldə edib.

Məlumata görə, filmin nümayişi cümə günü 48,2 milyon dollarlıq qazancla açılıb. Şənbə günü isə o, daha 38,7 milyon dollar əldə edib.

Beləliklə də, Ceyms Qanın əsəri proqnozları üstələyib.

Qeyd edək ki, yeni “Qalaktika Mühafizəçiləri” trilogiyanın yekunu və “Marvel” Sinematik Kainatındakı 32-ci bədii filmdir.

Filmdə Kris Pratt, Zoi Saldana, Deyv Batista, Vin Dizel, Bredli və Silvestr Stallone kimi məşhurlar çəkilib.