İdman

“Qalatasaray” “Barselona”nın futbolçusunu transfer edir?

“Qalatasaray” “Barselona”nın futbolçusunu transfer edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray”ın 1 ildir ki, heyətinə qatmaq istədiyi İnaki Pena ilə bağlı  “Barselona” qərar verib. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı qapıçı ilə cari mövsümün sonunda müddəti başa çatacaq müqaviləni yeniləməyəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Cim-Bom” Penanın mümkün transferi ilə bağlı danışıqlara başlayacaq.

Qeyd edək ki, İnaki Pena cari mövsüm “Barselona”da 3 oyuna çıxıb, 5 qol buraxıb. 1 oyunda isə qapısını toxunulmaz saxlayıb.