Türkiyə Superliqasının XXXVII turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb.
7Times.az xəbər verir ki, İstanbul derbisini Arda Kardeşler idarə edəcək.
Oyunun start fiti mayın 19-da, saat 20:00-da səslənəcək.
Qeyd edək ki, turnir cədvəlinə 99 xalla Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” başçılıq edir. “Fənərbağça” 93 xalla ikincidir.
Follow @7timesaz