Müqavilə ilə “Norviç Siti”yə məxsus olan, ötən mövsüm icarə əsasında “Qalatasaray”ın formasını geyinən Milot Raşitsa digər İstanbul nəhənginə keçib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı kosovalı vinger “Beşiktaş”la müqavilə bağlayıb.
Məlumatı “ağ-qaralar”ın mətbuat xidməti yayıb.
“Fanatik” isə sözügedən futbolçunun 4 illik müqaviləyə imza atdığını və hər mövsüm 2 milyon avro maaş alacağını diqqətə çatdırıb.
Qeyd edək ki, “Qalatasaray”da ümumilikdə 30 oyuna çıxan Milot 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Follow @7timesaz