İdman

“Qalatasaray” İkardini “Liverpul”un ulduzu ilə əvəzləmək istəyir

“Qalatasaray” İkardini “Liverpul”un ulduzu ilə əvəzləmək istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” klubu gələn mövsüm üçün transfer hazırlıqlarını indidən görür. 

Offsideplus.az xəbər verir ki, “sarı-qırmızılar” cari mövsümün sonu icarə müddəti başa çatacaq Mauro İkardini komandada saxlaya bilməsə, onun əvəzedicisini tapıb. Türkiyə klubu “Liverpul”un braziliyalı hücumçusu Roberto Firminonu heyətinə cəlb etmək istəyir.

29 yaşlı forvardla İtaliyanın “Roma” klubu da yaxından maraqlanır. İtalyanlar Firminoya 2 illik müqavilə təklifi ediblər. Ulduz futbolçu qərarını cari mövsümün sonunda verəcək.

Qeyd edək ki, “Liverpul”la müqaviləsinin müddəti başa çatacaq Firmino komandadan ayrılacağını açıqlayıb.