Misli Premyer Liqasında 2023-cü ilin son turu keçirilir.
Offsideplus.az xəbər verir ki, klublarımız indidən transfer çalışmalarına başlayıb. Menecerlər çempionat iştirakçılarına müxtəlif futbolçular təkliflər edirlər. Agentlərin siyahısında yer alan oyunçu Bafetimbi Qomisdir. Fransalı forvard hazırda Yaponiyada çıxış edir. 38 yaşlı futbolçu “Kavasaki Frontale” klubunun üzvüdür.
Qomis bu mövsüm komandasının heyətində 13 görüşdə qol vura bilməyib. Forvard cəmi 3 ötürmə ilə diqqət çəkib.
Fransalı Yaponiyada xoşbəxt deyil. Avropaya qayıtmaq istəyib. Menecelər ona Azərbaycanda oynamağı təklif ediblər. Qomis buna razı olub. Agentlər oyunçunu “Qarabağ”, “Sabah”, “Neftçi” və “Səbail”ə təklif olunub.
Lakin “köhlən atlar” futbolçunun xidmətində maraqlı olmayıb. Digər klublarımız isə oyunçunun “Yaponiya” klubundan ayrılmasını və az maaşa razı olmasını istəyib. Keçidlə bağlı danışıqlar davam etdirilir.
Qeyd edək ki, Qomis karyerası ərzində “Sent-Etyen”, “Troya,” “Suonsi”, “Lyon”, “Marsel” və “Qalatasaray” klublarında çıxış edib.
Follow @7timesaz