İdman

“Qalatasaray”ın transfer siyahısında olan PSJ-nin futbolçusunun yeni klubu bəlli oldu

“Qalatasaray”ın transfer siyahısında olan PSJ-nin futbolçusunun yeni klubu bəlli oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin futbolçusu Rafinya Alkantaranın yeni ünvanı məlum olub.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı oyunçu Qətərin “Əl-Ərəbi” klubuna transfer olunub. Yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.

Xatırladaq ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə, “Qalatasaray”da braziliyalı futbolçunu heyətinə qatmaq istəyirdi.

Qeyd edək ki, Alkantara geridə qalan mövsümü icarə əsasında “Real Sosyedad”da keçirib. O, sözügedən komanda ilə bütövlükdə 21 oyuna çıxıb və 1 qolla yadda qalıb.