“Qalatasaray” klubdan ayrılan futbolçusu Martin Linneslə vidalaşıb.
7Times.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi 29 yaşlı müdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb.
Norveçli oyunçu karyerasını yerli “Molde” klubunda davam etdirəcək.
Qeyd edək ki, Linnes 2016-cı ildən “aslanlar”da çıxış edirdi. O, bu müddət ərzində 146 matçda 5 qol vurub və 17 qolun ötürməsini verib. Linnes klubda 2 dəfə Superliqa, 2 dəfə ölkə kuboku və 2 dəfə ölkə Superkubokunun qalibi olmaq sevincini yaşayıb.Qol.az
Follow @7timesaz