“Fənərbağça” və “Qalatasaray” geridə qalan mövsüm “Beşiktaş”da forma geyinən Natan Redmondu transfer etmək üçün mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, bu barədə “A Spor” məlumat yayıb. Bildirilir ki, hər iki klub geridə qalan mövsümü “Southempton”dan icarə əsasında “ağ-qaralar”ın heyətinə qatılan ingiltərəli vingerin keçidində maraqlıdır.
29 yaşlı futbolçu ilkin variant kimi öz ölkəsində qalmaqda maraqlı olsa da, istədiyi təklifləri ala bilməyib. Bu səbəbdən Redmond Türkiyə nəhənglərinin təkliflərini dəyərləndirməyə hazırdır.
Mənbə onu da qeyd edir ki, Premyer Liqa klubu ilə müqaviləsi bitən və azad agent olan ingils oyunçu hansı tərəf daha yüksək əmək haqqı təklif etsə, onu gündəminə alacaq.
Follow @7timesaz