İdman

“Qalatasaray” və “Milan” arasında mübadilə – Ulduz futbolçu gedir

“Qalatasaray” və “Milan” arasında mübadilə – Ulduz futbolçu gedirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” və “Milan” arasında futbolçu mübadiləsi ola bilər.

Metbuat.az xəbər verir ki, “Milan” “Qalatasaray”ın furtbolçusu Lukas Torreiranı transfer etmək üçün təklif göndərib. Məlumata görə, tərəflər arasında danışıqlar müsbət məcrada keçib. Bildirilir ki, danışıqlar zamanı Türkiyə klubu da italyanlardan Ballo Toureyi istəyib. Qarşı tərəfin buna necə cavab verdiyi məlum deyil. Bildirilir Ballo Toure ilə digər klublar da maraqlanır. Transferin mübadilə əsasında baş tuta biləcəyi istisna edilmir.

Qeyd edək ki, “Qalatasaray” Lukas Torreiranı “Arsenal”dan transfer edib.