İdman

“Qalatasaray” Zaniolanın yerinə “Mançester Yunayted”in ulduzunu transfer edir

“Qalatasaray” Zaniolanın yerinə “Mançester Yunayted”in ulduzunu transfer edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” “Mançester Yunayted”in istedadlı futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az  “A Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda transfer təklifləri alması səbəbi ilə komandadan ayrılacağı gözlənilən Nikola Zaniolanın yerinə argentinalı oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir. Xəbərə görə, növbəti mövsüm üçün transfer çalışmalarına başlayan klub rəsmiləri Qarnaçoya görə qarşı tərəflə danışıqlara başlayıb. Argentinalı futbolçu özü də “sarı-qırmızılar”da oynamağa müsbət yanaşır.

Alexandro Qarnaçonun “Mançester Yunayted” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Amma “qırmızı şeytanlar” 18 yaşlı oyunçu ilə uzun müddətli sözləşmə imzalayaraq, onu icarəyə verməyi düşünür.