Sağlamlıq

Qanında yağlanma olanlar gündə 2 dəfə yesin – Həkim anetezioloq

Qanında yağlanma olanlar gündə 2 dəfə yesin – Həkim anetezioloqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Necə ki, dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır.

Yəni qanda xolesterinin artması. Qanın piylənməsinin nəticəsi damarların – turbaların getdikcə tutulmasıdı. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlər yaradacaq”.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov bu barədə danışıb.

“Vaxtında başlasanız, digər dərmanlara ehtiyac qalmaz. Qanı piylənmiş adamlar gündə 2 dəfə qidalanmalıdır.

Ümumiyyətlə, bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12-yə qədər yubadın. Axşam yeməyi də 20:00-da bitsin. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın.

Çətin olacaq əvvəlcə. Amma 1 həftəyə öyrəşəcəksiz. Artıq çəkiləriniz də gedəcək.

Şiriniyyat və çörəyi də çıxarsanız, əla nəticə alacaqsız” /Medicina .az