Hərbi

“Qara dəniz NATO dənizinə çevrilməlidir” – Kuleba

“Qara dəniz NATO dənizinə çevrilməlidir” – Kulebabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin ardıcıl Qara dəniz strategiyası yoxdur, Rusiyanın isə həmişə olub”. 

7Times.az  xəbər verir ki, bunu Ukraynanın XİN başçısı dmitri Kuleba Buxarestdə keçirilən Qara dənizin təhlükəsizliyinə dair beynəlxalq konfransdakı çıxışında bildirib.

Ukrayna XİN başçısı bildirib ki, Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün Rusiya Krımdan çıxmalı və Ukraynanın yarımada üzərində suverenliyi bərpa olunmalıdır: ”Bizim üçün Kiyevlə Luqansk, Donetsk, və Sevostopolun fərqi yoxdur. Onların hamısı yenidən Ukraynaya qayıtmalıdır”.

Kuleba əlavə edib ki, Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün “Qara dəniz NATO dənizinə çevrilməlidir”. Bunun üçünsə Ukrayna NATO-ya qəbul olunmalıdır.

Nazirin fikrincə, hələ 2008-ci ildə Ukrayna və Gürcüstanın NATO-ya yolunu bağlayanda, təşkilat böyük səhvə yol verdi və bunun nəticələri hazırda göz qabağındadır. Kulebanın fikrincə, NATO bu səhvini düzəltməli və qarşıdan gələn Vilnüs sammmitində Ukraynanın təşkilata üzvlüyü ilə bağlı ilkin addımlar atmalıdır.