Qara dənizdə qasırğa Türkiyəyə məxsus yük gəmisini batırıb.
7Times.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
İçərisində 12 nəfər heyət üzvünün olduğu gəmi ilə əlaqə saxlamağın mümkün olmadığı bildirilib. Ekipaj üzvlərinin itkin düşdüyü güman edilir.
Başqa bir yük gəmisi qasırğanın təsirindən sahilə çıxıb.
Dəniz İşləri Baş İdarəsi Kamerun bayrağı altında üzən gəmidə olan 13 personalın hamısının xilas edildiyini açıqlayıb.
Follow @7timesaz