Manşet

“Qara maskalı qaqaş”ın qurtardığı imic

“Qara maskalı qaqaş”ın qurtardığı imicbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qurumlarına vətəndaşların etimadı həmin qurumun necə fəaliyyət göstərməsindən aslıdır.

Azərbaycanda ən pristijli, bir çoxlarının uşaqlıq arzusu olan sahələrdən biri kəşfiyyatdır. Bir qrumun imicinin aşağıda və yuxarıda olmasının ləğv olmuş MTN və DTX-nın timsalında görə bilərik.

MTN-nin var olduğu vaxtda qurum haqqında insanlarda vahid fikir formalaşmışdı – reket, pul yığan, baş kəsən.

Açığı Eldar Mahmudovun vəzifədən azad edilməsi və qurumdakı yüksək vəzifəli şəxslərin həbsi insanların nə qədər haqlı olduğunu ortaya çıxardı. Ölkənin təhlükəsizliyinə cavabdeh olan orqan əslində ölkə üçün ən təhlükəli qurum imiş. MTN məmurları, hətta nazirləri belə “tasa oturdub”, zəli kimi qanlarını içib. Bunun üçün müxtəlif variantlardan istifadə edilib. Özlərinə məxsus olan reket mətbuatdan istifadə edərək “vurub”, ardınca sanki vəzifələrini yerinə yetirməkdən tutmuş, qeyri-qanunu dinləmələr, izləmələrə qədər. Saysız-heabsız iş adamları MTN-nin zamanında ya müflis olub, ya da biznesmenlər baş götürüb ölkədən qaçmışdı.

Eldar Mahmudovun işdən azad edilməsi, ardınca nazirliyin ləğv edilərək iki quruma – XKX və DTX-ya çevrilməsi əslində dəyişikliyin göstərcəsi idi. İmici məhv olmuş qurumda təkcə nazir dəyişikliyi ilə nələrinsə əldə edilməsi imkansız kimi görsənirdi.

Artıq 5 ildir ki, DTX fəaliyyət göstərir. Yalnız beşinci ildə məhv olmuş imic bərpa olunmağa başlayıb. Təsəvvür edin MTN hələ də yaşayır və yalnız struktur yox, nazir dəyişimi olmuşdu. DTX-nın 5 ilə formalaşdırdığı imici MTN 10 ilə belə formalaşdıra bilməzdi.

Hazırda sosial şəbəkələrdə, insanlar arasında keçən söhbətlərdə DTX-ya rəğbətin olduğunu görmək mümkündür. Mütəxəssislərlə, keçmiş təhlükəsizlik orqanlarında çalışmış şəxslərlə söhbət zamanı da, bildirirdilər ki, DTX üçün çox çətin olacaq. Əslində DTX cəsusları yaxalamaqla, dövlətin təhlükəsizliyinə xələl gətirəcək məsələlərin üstünü açmaqla da bu yaxşı imici formalaşdıra bilərdi. Ancaq Azərbaycan cəmiyyəti bunu gec həzm edəcəkdi. Qurumun imicini bərpa etməyin ən gözəl üsullarından biri də, MTN kimi məlumatdan istifadə edib, məmuru “sağmaq” yox, həmin məmuru iş başında yaxalamaq olardı ki, DTX bunu etdi və düşünürəm çox da əla alındı.

DTX-nın icra hakimiyyətlərində keçirdiyi əməliyyatlardan sonra ölkədə “qara maskalı qaqaş” dillərə düşdü. Açığı MTN zamanında quruma şikayət etməyə çəkinən vətəndaşlar haqları pozulanda məmurları “qara maskalı qaqaş”a şikayət edəcəkləri ilə hədələyə bilirlər. Məmurların da DTX-dan çəkindiyini hər kəs görməkdədir. Bir əməliyyatla icra başçıları küçələrə düşdü, yaşlıların əlini öpdü, vətəndaşları qəbul edib, problemlərini dinləməyə başladı. O icra başçıları ki, vətəndaşını adam yerinə belə qoymurdu.

Bunun fonunda DTX-nın bir neçə cəsus üzə çıxardığını, axtarışda olan terror təşkilatları ilə əlaqəli şəxsləri ələ keçirdiyinə də şahid oluruq. Qurum demək olar həm imcini formalaşdıra, həm də vəzifəsini icra edə bilir.

Təbii ki, hər şey ideal deyil. 11 il 9 ay Eldar Mahmudov dönəmində dağıdılmış, başı ancaq məmurlardan kompramat yığıb, onları “tasa oturtamağa” işləyən qurumun 5 ildə tam ideal formaya gəlməsi mümkünsüzdür. Ancaq görülən işləri də gözardı etmək doğru olmaz.

Hazırda ölkədə vətəndaşların etimad etdiyi bir qurum formalaşmaqdadır.

7times.az 

Cəlal Fərzəliyev