İdman

“Qarabağ” 1 milyon istəyən hücumçu ilə danışıqları dayandırdı

“Qarabağ” 1 milyon istəyən hücumçu ilə danışıqları dayandırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Qarabağ» həftələrdir gündəminə aldığı legionerlərdən biri ilə danışıqları dayandırıb.

Ağdam təmsilçisi Portuqaliyanın yüksək liqasında çıxış edən hücumçunun xidmətində artıq maraqlı deyil.

Buna səbəb Braziliyadan olan forvardın son anda maliyyə tələblərini yüksəltməsidir. Azərbaycan çempionu illik qazancının 1 milyon avroyadək artırılmasını istəyincə, «köhlən atlılar» masadan çəkilib.

«Qarabağ» bu yay 2 legionerlə sıralarını gücləndirib.

«Zirə»dən fransalı vinger Hamidu Keyta və Portuqaliya «Çeves»indən braziliyalı hücumçu Juninyo artıq Qurban Qurbanovun sərəncamındadır. Hər iki əcnəbi ilə 3 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ