Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
7Times.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. AEL-lə Kiprdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu bu dəfə rəqibini Bakıda qəbul edir.
Qeyd edək ki, “Qarabağ” mərhələ adlasa, pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
12 avqust
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr)
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:1