İdman

“Qarabağ” Avroliqada “pley-off”a yüksəlsə… – 5 potensial RƏQİB

“Qarabağ” Avroliqada “pley-off”a yüksəlsə… – 5 potensial RƏQİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının pley-off mərhələsində oynayacaq daha 3 komandanın adı müəyyənləşib.

7Times.az  xəbər verir ki, bunlar dünən axşam cari mövsüm Çempionlar Liqasında keçirdikləri son oyunlardan sonra öz qruplarında 3-cü yeri təmin etmiş “Bayer” (Almaniya), “Ayaks” (Niderland) və “Sportinq” (Portuqaliya) olublar. Daha əvvəl İspaniyanın “Barselona” və “Sevilya” klublarının da Avroliqada pley-off mərhələsində oynayacağı dəqiqləşmişdi.

ÇL-dən AL-in “pley-off”una düçəcək sonuncu 3 komandanın adı isə bu gecə keçiriləcək oyunlardan sonra qətiləşəcək. Bunlar aşağıda adları qeyd edilən bu 7 klubdan 3-ü olacaq:

“Zalsburq” (Avstriya), “Leyptsiq” Almaniya), “Milan” (İtaliya), “Şaxtyor” (Ukrayna), “Dinamo” (Xorvatiya), “Makkabi” (Hayfa, İsrail), “Yuventus” (İtaliya).

Qeyd edək ki, ÇL-dən Avropa Liqasına düşən 8 komanda AL-də öz qruplarında 2-ci yeri tutanlarla görüşəcək. Onların sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da ola bilər. AL-dəki qrup ikincilərinin hamısının adına noyabrın 3-də keçiriləcək 6-cı turun matçlarından sonra aydınlıq gələcək. (qol.az)