Bu mövsüm Avropada yerli liqalarda keçirdikləri matçlarda məğlub olmayan komandalar bəlli olub.
“Report”un araşdırmasına görə, 17 klubun olduğu siyahıda “Qarabağ” da yer alıb.
“Köhlən atlar” son olaraq Premyer Liqanın XIV turunda “Sabah”la səfər oyununda xal itirib – 0:0.
Top-5 liqalarda yalnız İtaliyanın “Napoli” və Fransanın PSJ klubları məğlubiyyət üzü görməyib. Hər iki kollektiv 13 qələbə və 2 heç-heçə əldə ediblər.
“Napoli” (İtaliya) – 13 qələbə, 2 heç-heçə
PSJ (Fransa) – 13 qələbə, 2 heç-heçə
“Benfika” (Portuqaliya) – 12 qələbə, 1 heç-heçə
“Srvena Zvezda” (Serbiya) – 17 qələbə, 2 heç-heçə
“Dnipro-1” (Ukrayna) – 10 qələbə, 2 heç-heçə
“Şaxtyor” (Ukrayna) – 8 qələbə, 3 heç-heçə
“Panatinaikos” (Yunanıstan) – 12 qələbə, 1 heç-heçə
“Qarabağ” 13 qələbə, 1 heç-heçə
“Pafos” (Kipr) – 9 qələbə, 2 heç-heçə
TNS (Uels) – 12 qələbə, 1 heç-heçə
“Svift Hesperange” (Lüksemburq) – 11 qələbə, 1 heç-heçə
“Klaksvik” (Farer adaları) – 25 qələbə, 2 heç-heçə
“Hamrun” (Malta) – 9 qələbə, 1 heç-heçə
“İnter Eskaldes” (Andorra) – 6 qələbə, 2 heç-heçə
“Europa”, “Linkoln” (Cəbəllütariq) – hər ikisi 5 qələbə, 1 heç-heçə
“Tre Penne” (San-Marino) 5 qələbə, 3 heç-heçə
Follow @7timesaz