İdman

“Qarabağ” Avropa Liqasında səfərdə HİK-lə qarşılaşacaq

“Qarabağ” Avropa Liqasında səfərdə HİK-lə qarşılaşacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Ağdam klubu səfərdə HİK-lə görüşədək. Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.

“Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya “Olimpiya”sı gözləyir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

17 avqust

20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Villy Delajod (Fransa)

Helsinki Futbol stadionu

İlk oyun – 1:2