“Qarabağ”ın üzvü Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, məlumatı “Fotosport” nəşri yayıb.
“Beşiktaş”ın idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Olavio Juninyonun transferinə görə klub nümayəndələri və hücumçunun özü ilə görüşüb.
Xəbərdə qeyd olunub ki, klub rəsmisi daha sonra “Neftçi”nin sabiq hücumçusu, hazırda “Partizan”da çıxış edən Mateus Saldanyanın oyununu izləyib və “Beşiktaş”a onun yox, Juninyonun daha faydalı olacağı qənaətinə gəlib.
“Qarabağ”ın isə braziliyalı hücumçu üçün “Beşiktaş”dan 8 milyon avro istədiyi bildirilib. İstanbul klubu üçün hazırda bu məbləğin çox olduğu, ancaq “Beşiktaş” tərəfinin növbəti görüşlərdə qiymətin uyğun bir həddə gətiriləcəyinə inandığı vurğulanıb.
Qeyd edək ki, bu mövsüm Juninyo “Qarabağ”ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 qol ötürməsi edib. Onun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin iyununa qədərdir.
Follow @7timesaz