Aktual

“Qarabağ Ermənistanı qoruyan qalxandır, onu yük hesab edən xalq məhvə məhkumdur” – Babayan

“Qarabağ Ermənistanı qoruyan qalxandır, onu yük hesab edən xalq məhvə məhkumdur” – Babayanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Ermənistanı əsrlər boyu qoruyan qalxandır.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı separatçı qurumun qondarma “xarici işlər naziri” David Babayan öz Facebook səhifəsində yazıb.

O, Qarabağı “Ermənistanı əsrlər boyu qoruyan qalxan” adlandırıb.

“Qarabağın həqiqətən də böyük ağırlığı var. Bu, Ermənistanı əsrlər boyu qoruyan, erməni xalqının təhlükəsizliyini təmin edən qalxandır. Və qalxan ağır olur.

Üstəlik, Qarabağ təkcə hərbi-strateji və geosiyasi sipər deyil, həm də mənəvi və dəyər qalxanıdır. Bəs belə bir sipər yük ola bilərmi? Qalxanı yük hesab edən xalq məhvə məhkumdur və tarix belə nümunələri çox bilir”, – deyə David Babayan yazıb.