İdman

“Qarabağ” – “Frayburq” matçının biletləri satışa çıxarıldı – QİYMƏTLƏR

“Qarabağ” – “Frayburq” matçının biletləri satışa çıxarıldı – QİYMƏTLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılıb.

 

7Times.az  xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

 

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

 

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Repsublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.