İdman

“Qarabağ” – “Gent” oyunu Türkiyədəki zəlzələyə görə sükutla başlayacaq

“Qarabağ” – “Gent” oyunu Türkiyədəki zəlzələyə görə sükutla başlayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın Bakıda Belçika “Gent”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu bir dəqiqəlik sükutla başlayacaq.

7Times.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar qəbul edib.

“Qarabağ” – “Gent” matçı ilə yanaşı, gələn həftə avrokuboklarda baş tutacaq digər görüşlərdə də Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Cavab matçı fevralın 23-də Gentdə olacaq.