Futbol üzrə Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Gent” oyununa 21 minə yaxın bilet satılıb.
Bu barədə Fanat.Az-a Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bu isə anşlaq olacağından xəbər verir. Belə ki, cəmi 2 gündə biletlərin üçdə ikisi satılıb.
Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.
Satış məntəqələri:
* Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında (11:00-dan 20:00-dək);
* Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
* Park Bulvardakı “Qarabağ” FK-nın Fan Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).
Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçı saat 21:45-də başlayacaq.
Follow @7timesaz