İdman

“Qarabağ”ın dünya reytinqindəki mövqeyi dəyişməyib

“Qarabağ”ın dünya reytinqindəki mövqeyi dəyişməyibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

7Times.az  IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 306 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

“Köhlən atlar”ın mövqeyi ötən ayla müqayisədə dəyişməz qalıb. Ölkə çempionu 149 xalla 62-ci pillədə qərarlaşıb.

Ağdamlılar Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında 1-cidir.

Türkiyə komandalarından “Fənərbağça” 173 xalla 32-ci, “Başakşehir” 130,5 xalla 87-ci, “Trabzonspor” 108,5 xalla 121-ci, “Sivasspor” 94 xalla 155-ci, “Qalatasaray” 76,5 xalla 226-cı, “Beşiktaş” isə 67,5 xalla 288-cidir.

İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 327 xal), “Real Madrid” (İspaniya – 298) və “Mançester Siti” (İngiltərə – 254) qərarlaşıb.