İdman

“Qarabağ”ın “Ferenstvaroş”la oyunlarında VAR-dan istifadə olunacaq

“Qarabağ”ın “Ferenstvaroş”la oyunlarında VAR-dan istifadə olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

“Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Xatırladaq ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıda keçirilmiş ilk oyununda “Sürix” müdafiəçi Lindrit Kamberi ilə 65-ci dəqiqədə oyundankənar vəziyyətdən “Qarabağ”a qol vurub. VAR sistemi olmadığından, bu qol hesaba alınıb.