Dünən Polşanın “Rakov” klubu ilə qarşılaşan “Qarabağ”ın heyətində yeni legioner futbolçu olub.
Offsideplus.az “Operativ Media”ya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin Antalayaya apardığı futbolçular arasında “Qarabağ”ın ikinci komandasında top qovan David Sayenko da var. O, “Rakov”la matçın (0:3) ehtiyat heyətində yer alıb.
23 yaşlı rusiyalı futbolçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Karyerası ərzində Belarusun “Qranit”, “FK Lida” klublarında çıxış edib.
Follow @7timesaz